Yusif Al-HALO: Artıq Bakının brendinə çevrilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak

etdiyim üçün qürur duyuram

 

Artıq Bakının brendinə çevrilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyim üçün qürur duyuram. Belə tədbirlər xalqları birləşdirir və insanlar arasında dostluq, mehriban qonşuluq əlaqələrini gücləndirir.

Bu sözləri Bakıda keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, fələstinli jurnalist Yusif Al-Halo AzərTAc-a müsahibəsində söyləmişdir.

Yusif Al-Halo Forumun yüksək səviyyədə təşkil olunduğunu bildirərək demişdir ki, tədbirdə müxtəlif millətlərin nümayəndələri ilə tanış olmuş və onların mədəniyyətləri haqqında geniş məlumat toplamış, elmi biliyini artırmışdır. Yaradılmış şəraitə və tədbirdə iştirak etmək şansı olduğu üçün Yusif Al-Halo Azərbaycan Hökumətinə öz təşəkkürünü bildirmişdir.

 

Azərbaycan.-2013.- 4 iyun.- S.6.